Cənubi Afrika Respublikasından olan qız “Kainat gözəli” seçilib
Cənubi Afrika Respublikasından olan Demi-Li Nel-Piters Las-Veqasda keçirilən “Kainat gözəli” müsabiqəsində qalib gəlib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni kainat gözəli İİV və QİÇS-lə mübarizə işinə yardım etmək üçün öz titulundan yararlanmaq niyyətindədir.
Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsinə bütün dünyadan 92 iştirakçı qatılıb. Qalibə bir illik maliyyə təminatı, Nyu-Yorkda mənzil və digər mükafatlar verilir. Nil-Piters bu titulu əldə edən ikinci cənubi afrikalıdır.