01 sentyabr 2024 18:06
271

Məntəqə sədri: Əvvəlki illərə nisbətən vətəndaşlarımız səsvermə hüququndan daha aktiv istifadə edirlər

"Növbədənkənar parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri təşkilati işlər görülüb, məntəqələr lazımi ləvazimatlarla təmin olunub. Səsverənlərin bir-birinə mane olmaması üçün giriş və çıxışı da ayırmışıq".

“İki sahil” xəbər verir ki, bu sözləri 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 17 saylı seçki məntəqəsinin sədri Hökümə Camalova söyləyib.

Onun sözlərinə görə, bu məntəqə üzrə qeydə alınan 1256 seçicinin 400 nəfərdən çoxu artıq öz namizədini seçib: "Vətəndaşlar sərbəst və rahat şəkildə layiq bildikləri namizədlərə səs verirlər. Hətta isti hava şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Əvvəlki illərə nisbətən vətəndaşlarımız səsvermə hüququndan daha aktiv istifadə edirlər. Fevralın 7-də keçirilmiş prezident seçkilərində də buna şahid olduq. Bu xalqın nümayəndəsi olaraq sevinirəm ki, əhali səsvermə hüququnu artıq daha yaxşı dərk edir".