23 sentyabr 2024 21:23
84

Avtomobil aşıb, ölən və xəsarət alan var

Daşkəsəndə dumanlı hava şəraiti ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

“İki sahil” xəbər verir ki, hadisə Əmirvar kəndində qeydə alınıb.

"UAZ" markalı avtomobilin aşması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Eşqin Əhmədov aldığı xəsarətdən ölüb. Avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mehman İsrafilov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.