23 sentyabr 2024 23:45
83

Qubada ağır yol qəzası olub

Quba rayonunda minik avtomobilləri toqquşub, ölən və yaralanan var.

“İki sahil” xəbər verir ki, hadisə Quba şəhərinin H.Əliyev prospektində baş verib.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.