01 sentyabr 2024 16:47
230

Biləsuvarda səsvermə prosesi seçici fəallığı şəraitində davam edir

Milli Məclisə növbədənkənar seçkilərdə 69 saylı Biləsuvar seçki dairəsi üzrə səsvermənin gedişini 931 müşahidəçi izləyir.

“İki sahil” xəbər verir ki, bu barədə 69 saylı Biləsuvar dairə seçki komissiyasının (DSK) sədri Əzizağa Hətəmov məlumat verib.

Sədrin sözlərinə görə, prosesdə aktivlik müşahidə olunur və saat 15:00-a qədər seçicilərin 33,48 faizi artıq səs verib.

Ə.Hətəmov dairə üzrə səsvermənin gedişini 931 müşahidəçinin izlədiyini vurğulayıb.