01 sentyabr 2024 15:53
114

81 saylı İmişli seçki dairəsi üzrə səsverməni 872 müşahidəçi izləyir  

Növbədənkənar parlament seçkilərində 81 saylı İmişli seçki dairəsi üzrə səsvermənin gedişini 872 müşahidəçi izləyir.

“İki sahil” xəbər verir ki, bu barədə 81 saylı İmişli dairə seçki komissiyasının (DSK) sədri Ramil Nəsirov məlumat verib.

DSK sədrinin sözlərinə görə, səhər saatlarından etibarən, aktivlik müşahidə olunur və saat 12:00-a qədər seçicilərin 24,4 faizi artıq səs verib.

R.Nəsirov dairə üzrə səsvermənin gedişini 872 müşahidəçinin izlədiyini bildirib.