01 sentyabr 2024 09:28
246

Qızılavar kəndində yanğın olub

Masallı rayonunun Qızılavar kəndində yanğın olub.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 25 m² olan təndirxananın yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.