31 avqust 2024 11:23
278

Şərqi Zəngəzur iqtisadi rayonuna investisiya qoyuluşu 81 %-ə yaxın artıb

2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna 4 milyard 011,125 milyon manat investisiya qoyulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2022-ci illə müqayisədə 80,7 % çoxdur.

Məlumata görə, bunun 38,7 %-i və ya 1 milyard 550,708 milyon manatı Laçın rayonuna (illik müqayisədə 5,5 dəfə çox) yönəldilib.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonuna sərmayə qoyuluşu 9,4 % artaraq 671,783 milyon manata, Kəlbəcər rayonuna 2,3 dəfə artaraq 919,85 milyon manata, Qubadlı rayonuna 63,1 % aratarq 280,964 milyon manata çatıb, Zəngilan rayonuna sərmayə qoyuluşu isə 21,6 % azalaraq 587,821 milyon manata enib.

“Report”