31 avqust 2024 09:03
275

Bakıda gənc qızı maşın vurub

Bakının Xəzər rayonunda 26 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

“İki sahil” xəbər verir ki, 1998-ci il təvəllüdlü Kərimova Nigar Vəli qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

Fakt araşdırılır.