30 avqust 2024 18:29
280

Dini ibadət yerlərində “Yaşıl gələcək naminə” aksiyası keçirilib

Xaçmaz və Şabran rayonlarında yerləşən dini ibadət yerlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

Bildirilib ki, din xadimləri, eləcə də dini icma nümayəndələrinin işirak etdikləri aksiyada Xaçmaz və Şabran rayonlarındakı dini ibadət evlərinin ətrafında təmizlik-abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kollarına qulluq olunub.

Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.