30 avqust 2024 15:50
267

Bakıda yanan obyektə görə yolda hərəkət dayandırılıb

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.