30 avqust 2024 17:47
469

Bakıda obyektdəki yanğın tam söndürülüb - YENİLƏNİB

Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verir.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.