30 avqust 2024 13:18
251

“Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Buna səbəb aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işlərinin aparılması göstərilib.