30 avqust 2024 12:56
244

Bakıda qadının çantasından min manatlıq qulaqlıq oğurlandı

Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birindən qadına məxsus çantadan 735 manat, 600 dollar və 1000 manat dəyərində qulaqlığın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə "İki sahil"ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, əməli törətməkdə şübhəli bilinən A.İsrafilov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.