24 sentyabr 2024 08:25
77

Yol qəzasında körpə xəsarət alıb

Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2023-cü il təvəllüdlü S.Abdullayeva xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.