30 avqust 2024 11:09
253

Şagirdlərin yerdəyişməsi prosesi bu gün dayandırılır

Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün “sy.edu.az” elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi bu gün saat 18:00-da dayandırılacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "İki sahil"ə bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.