28 avqust 2024 08:06
440

ÇL: "Qarabağ" "Dinamo"ya qarşı

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edəcək. 

Bu komadalar arasında ilk matçda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib. 

"Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etmək üçün isə bu gün "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir. 

Çempionlar Liqası,

pley-off mərhələsi, cavab oyunları 

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

VAR: Stüart Attvell

İlk oyun - 0:3