21 aprel 2026 12:16
101

Nəbi İsgəndərov Dünya kubokunda qələbə ilə başlayıb

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku start götürüb. Reytinq xarakterli yarışa Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov qələbə ilə başlayıb.

“İki sahil” xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə Necat Ekinçi (Türkiyə) ilə qarşılaşıb. Boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gələcək. Görüş aprelin 22-də olacaq.  

Qeyd edək ki, Dünya kuboku aprelin 26-da başa çatacaq