"Bavariya" futbolçusu Kinqsli Komanı satmaq üçün "Əl-Hilal"la razılığa gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Fransız futbolçunun özü hələ Səudiyyə klubu ilə müqavilənin şərtlərini razılaşdırmayıb.
Komanın Premyer Liqa klublarından təklif alacağı ümidi ilə gözlədiyi qeyd edilir.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm Bundesliqada 17 oyuna çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.