27 avqust 2024 17:23
562

"Roma" Səudiyyə Ərəbistanından olan müdafiəçi ilə anlaşıb

İtaliyanın "Roma" klubu Səudiyyə Ərəbistanından olan müdafiəçi ilə anlaşıb.

“İki sahil” xəbər verir ki, "canavarlar" sözügedən ölkənin “Əl-Hilal” komandasında çıxış edən Saud Əbdülhəmidi sıralarına cəlb edib.

25 yaşlı futbolçunun paytaxt təmsilçisinə keçidinin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, S.Əbdülhəmid ötən mövsüm “Əl-Hilal"ın heyətində 51 matçda 4 qol vurub. O, Səudiyyə Ərəbistanı çempionatının, kuboku və Superkubokunun qalibi olub.