Bakıda keçiriləcək həndbol üzrə beynəlxalq turnirin iştirakçıları bəlli olub.
Bu barədə "İki sahil"ə Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətindən məlumat verilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda qadınlardan ibarət 6 komanda mübarizə aparacaq.
AHF-nin təşkil etdiyi turnirdə “Azəryol”, “Qarabağ” və “Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), “Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi iştirak edəcək.
Turnir avqustun 28-dən sentyabrın 1-dək “AHF Arena”da keçiriləcək.