Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.
Türkiyə “Qalatasaray”ı İsveçrə “Yanq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşacaq. Bu komandalar arasında ilk görüşdə "Yanq Boyz" 3:2 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
27 avqust
23:00. "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə)
İlk oyun 2:3
23:00. "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun 2:0
23:00. "Sparta" (Praqa, Çexiya) – "Malmo" (İsveç)
İlk oyun 2:0