20 avqust 2024 13:25
710

Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb - FOTO

AFFA prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.

“İki sahil” milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, toplantı zamanı AFFA və GFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.