11 avqust 2024 23:06
495

Türkiyədə "Teleqram"a giriş bloklana bilər

Türkiyə rəsmiləri teleqramın narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılması üçün istifadə edildiyi üçün onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Takvim" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.

Bildirilib ki, Türkiyənin Texnologiya və Kommunikasiya Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.