05 avqust 2024 23:25
592

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkarlanıb

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.

Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.