30 iyul 2024 02:51
456

Günəş kimin “düşmənidir?”

Hipertoniklər istidə hansı qaydalara əməl etməlidirlər?

 Damarları xəstə olan insanlar yayın istisinə xüsusilə ağır dözürlər. Hipertonik xəstələr istidə necə düzgün davranmalı və təhlükəli təzyiq artımlarının qarşısını necə almalıdırlar?, - rusiyalı həkim Aleksander Myasnikov sağlamlıq haqqında müəllif proqramının yeni sayında bu barədə danışıb.

 Hipertonik xəstələrin 50% -dən çoxu diüretik təsiri olan dərmanlar qəbul edirlər. Onlar üçün isti havalarda susuzlaşma riski artır. Bunun baş verməməsi üçün ilk qayda maye qəbulu rejiminə nəzarət etməkdir.

 Qan damarları sağlam olmayan insanlar üçün artıq maye də zərərlidir. Həcmi həddindən artıq yükləmək təzyiq artımına səbəb ola bilər. Həkim məsləhət görür ki, susuzluğu yatırıb, həddi keçməmək lazımdır.

Bundan əlavə, istidə ayaqlar tez-tez şişir, bu da qəfil ayağa qalxdığınız zaman qan təzyiqinin artmasına səbəb olur.

Aleksandr Myasnikov hipertonik xəstələrə həmçinin məsləhət görüb ki, istidə qəfil hərəkət etməyin, həm də hər şeyi yavaş-yavaş edin.

Nubar Süleymanova, “İki sahil”