Alma sirkəsi, alma suyu fermentasiya edildikdən sonra əldə edilən turş bir mayedir.
Həm mətbəxdə, həm də sağlamlıq məqsədləri üçün geniş istifadə olunur. Alma sirkəsinin bəzi faydaları və istifadələri aşağıdakı kimidir:
Alma sirkəsi sinusları təmizləməyə kömək edir
Alma sirkəsi antibakterial xüsusiyyətlərə malik olduğundan, bakteriya böyüməsinin qarşısını alır. Sinuslarınız tez-tez tıxanırsa, bir stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə edib için. Burnunuzun rahatladığını görəcəksiniz.
Detoksunuzun daha təsirli olmasını təmin edir
Alma sirkəsi orqanizmin pH-nı tarazlaşdırır, bu da detoks zamanı orqanizmi toksinlərdən təmizləməyə kömək edir. 1 xörək qaşığı sirkəni bir stəkan su ilə qarışdırıb içərək bədəninizi təmizləmək üçün alma sirkəsindən istifadə edə bilərsiniz.
Sızanaqlardan xilas olmağa kömək edir
Alma sirkəsi pH balansını qoruyur, dərinizdəki yağlardan asanlıqla qurtulmanıza imkan verir. Dərinizi ölü hüceyrələrdən və sızanaqlara səbəb olan bakteriyalardan təmizləmək üçün sirkəni tonik kimi istifadə edə bilərsiniz.
İmmunitet sisteminizi gücləndirir
Tərkibindəki alma turşusu sayəsində antiviral və antibakterial xüsusiyyətlərə malik olan, yəni orqanizmi virus və bakteriyalara qarşı qoruyan alma sirkəsi immunitet sisteminizi gücləndirmək üçün istifadə edə biləcəyiniz təbii dərmandır. Ona görə də ondan bol-bol istehlak etmək daha yaxşıdır.
Asanlıqla qırılan dırnaqları daha möhkəm edir
Alma sirkəsi orqanizmin immunitetini gücləndirərkən, asanlıqla qırılan dırnaqların qalıcılığını artırır. Su və alma sirkəsini 1:1 nisbətində qarışdırıb dırnaqlarınızı bu qarışıqda saxlayaraq daha möhkəm dırnaqlara sahib ola bilərsiniz. Bu tətbiqi bir neçə gün davam etdirsəniz, sürətli nəticələr əldə edəcəksiniz.
Boğaz ağrısını azaltmağa kömək edir
Mikroblarla mübarizə aparmaqla yanaşı, bilmədiyimiz alma sirkəsi də boğaz ağrılarını aradan qaldırmaqda çox uğurludur. Dörddəbir stəkan alma sirkəsini dörddəbir stəkan ilıq su ilə qarışdırıb gün ərzində bir neçə dəfə qarqara etdikdə nəticənin nə qədər təsirli olduğunu görə bilərsiniz.
Davamlı hıçqırıqları dərhal dayandırmağa kömək edir
Alma sirkəsi içmək hıçqırıqlar üçün mükəmməldir, çünki diafraqmadakı spazmları sakitləşdirərək mədə turşusunun səviyyəsini balanslaşdırır. Əgər fasiləsiz hıçqırıq keçirsəniz, bir qurtum alma sirkəsi içərək hıçqırıqlarınızı dayandıra bilərsiniz.
Saçda kəpəyin yaranmasının qarşısını alır
Alma sirkəsi iltihab əleyhinə və antibakterial xüsusiyyətləri ilə problemli kəpəyi aradan qaldırır. Sirkə və suyu 1:1 nisbətində qarışdırıb saçlarınızı bu su ilə yuya bilərsiniz və ya qarışığı başınıza masaj edərək saçlarınızda təxminən 1 saat saxlaya bilərsiniz.
İştahınızı azaldaraq artıq çəkinin qarşısını alır
Tərkibindəki sirkə turşusu sayəsində alma sirkəsi yediyimiz qidaların glisemik indeksini azaldır və bu da özümüzü daha az ac hiss etməyimizə səbəb olur. İştahımızı cilovlamaq həm də arıqlamaq üçün əla fürsət yaradır.
Ağcaqanad və həşərat dişləmələrinə qarşı yaxşı təsirə malikdir
Alma sirkəsi həşərat və ağcaqanad dişləmələri nəticəsində yaranan ağrıları və qaşınmaları aradan qaldırmaqda da çox yaxşıdır. Sadəcə olaraq alma suyu sirkəsi və suyu 1:1 nisbətində qarışdırıb sprey şüşəsinə qoyun və ya pambıqla götürüb dişlənmiş yerə çəkin.
Ziyilləri aradan qaldırmağa kömək edir
Alma sirkəsi, sızanaqlar kimi, ziyillərə qarşı da iddialıdır. Əvvəlcədən alma sirkəsi içində saxladığınız bir pambıqla ziyil olan bölgəni örtüb bir gecə boyunca pambığın o bölgədə qalmasını təmin edərək siz də nəticələrini görməyə başlaya bilərsiniz. Bu tətbiqi ziyil keçənə qədər təkrarlamağı unutmayın.
Günəş yanıqlarını sağaldır və dərinizi yeniləyir
Bədənin pH balansını və onun turşuluq təsirini qorumaqla, alma sirkəsi günəş yanıqlarını sağaltmağa kömək edir. Duş alarkən suya bir stəkan sirkə əlavə etsəniz, dəriniz yenilənəcək və hamar bir görünüşə sahib olacaq.
Yaşlanma əleyhinə gücü ilə dərinizi cavanlaşdırır
Tərkibindəki antioksidantlarla yanaşı B1, B2, B6 və C vitaminlərini də ehtiva edən alma sirkəsi bütün bu xüsusiyyətləri sayəsində daha gənc dəriyə sahib olmanıza kömək edir. Bir stəkan suya iki və ya üç xörək qaşığı alma sirkəsi əlavə edib içmək kifayətdir.
Nigar Orucova, “İki sahil”