Rusiyanın Hava hücumundan müdafiə sistemləri bir gecədə Ukraynanın 22 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, PUA-lardan 15-i Bryansk vilayətinin, 6-sı isə Krım səmasında vurulub.
“Ötən gecə Kiyev rejimi Rusiya Federasiyası ərazisində təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktları həyata keçirməyə cəhd edərkən növbətçi hava hücumundan müdafiə sistemləri 15-i Rusiya ərazisi üzərində olmaqla 22 PUA-nı məhv edib və ələ keçirib. Bryansk vilayəti, 6-sı Krım Respublikası ərazisi, 1-i Lipetsk vilayəti üzərində”, - deyə onlar bildiriblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”