Britaniya kralı III Çarlz İngiltərə futbolçularını 2024-cü il Avropa Çempionatının finalında məğlub olduqlarına baxmayaraq, başlarını dik tutub evlərinə qayıtmağa çağırıb.
“İki sahil” xəbər verir ki, milli komandaya və onun baş məşqçisi Qaret Sautqeytə ünvanlanan məktubu Bukingem Sarayı dərc edib.
"Bu gecə qələbə sizi qaçırsa da, həyat yoldaşım, mən və bütün ailəm sizi və komandanızı dəstəkləyir, başınızı dik tutmağa çağırırıq. Zəhmət olmasa, bilin ki, Avropa çempionatının finalına yüksəlməyin özü böyük nailiyyətdir. Əminəm ki, xalqın qəlbinə qürur hissi aşılayan “Üç şir” həm bu gün, həm də qarşıdan gələn qələbələr zamanı sizi gözləyir”, - deyə monarx azarkeşlər tərəfindən İngiltərə Futbol Asossasiyasının gerbində təsvir olunan üç mavi şirin şərəfinə komandaya verilən ləqəbdən istifadə edərək bildirib.
Xatırladaq ki, iyulun 14-də İspaniya Avropa çempionatının finalında İngiltərəyə 2-1 hesabı ilə qalib gələrək dördüncü dəfə turnirin qalibi olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”