15 iyul 2024 02:52
314

İsrailin atəşindən sonra Livanda İES sıradan çıxıb

Livanın cənubundakı Mərcayun şəhərindəki istilik elektrik stansiyası (İES) İsrail artilleriyasının atəşə tutması nəticəsində sıradan çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Électricité du Liban” dövlət elektrik şirkəti məlumat yayıb.

Livan parlamentinin üzvü Qassem Hashem portala bildirib ki, İES-in sıradan çıxması nəticəsində Livanın cənubundakı yaşayış məntəqələrini içməli su ilə təmin edən su nasos stansiyaları fəaliyyətini dayandırıb: “Bu yay mövsümündə yaranmış misli görünməmiş istiləri nəzərə alaraq, vətəndaşların evlərinə elektrik enerjisinin verilməsini bərpa etmək üçün stansiyanın yenidən işə salınmasını sürətləndirmək lazımdır”.

“İsrailin aqressiv hərəkətləri 10 aylıq hərbi eskalasiya zamanı cənub rayonlarının sakinlərinə çoxlu əzab verib”, - deyən Kasemin sözlərinə görə, iqtisadi zərər səlahiyyətlilər tərəfindən 3 milyard dollar qiymətləndirilir.

İyunun 26-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə Livanın cənubundakı Litani çayı hövzəsində yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən Əl-Teybi şəhəri yaxınlığında yüksək gərginlikli elektrik xəttinə hücum edib. Nəticədə enerji infrastrukturu obyekti sıradan çıxıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”