Antalyanın Döşemealtı rayonunda meşəlik ərazidə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, alovun qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər göndərilib.
Yanğın rayonun Karavəlilər məhəlləsində meşə sahəsində şiddətli olub.
Yaşayış məntəqəsindən təxminən 200 metr aralıda naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə qəfil böyüyüb.
Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyinin yanğınsöndürənləri dağlıq bölgədəki yanğına müdaxilə etməkdə çətinlik çəkiblər.
Daha sonra bölgəyə Meşə Region Müdirliyinə aid yanğınsöndürmə qrupları sövq edilib.
Qeyd edilib ki, relyefin əngəlli və qayalıq olması ilə əlaqədar olaraq komandalar bəzən söndürmə əməliyyatlarında çətinlik çəkirdilər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”