Somalinin paytaxtı Moqadişoda futbol üzrə Avropa çempionatının finalının nümayiş olunduğu kafenin qarşısında bomba yüklü avtomobil partladılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Somalinin “Shabelle Media Network” televiziya və radio şirkəti məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində çoxlu sayda insan həlak olub, yaxınlıqdakı evlərin pəncərələri sınıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”