Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu il keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, Medvedev X sosial şəbəkəsindəki ingilisdilli səhifəsində yazıb: "İndi onu öldürməsələr, o, artıq qalib gəlib".
Xatırladaq ki, iyulun 13-də Tramp Pensilvaniyada seçkiqabağı mitinqdə silahlı hücuma məruz qalıb.
Eks-prezident yaralansa da həyatı üçün təhlükə yoxdur. Trampa tərəf açılan atəş nəticəsində onun tərəfdarlarından biri həlak olub. Sui-qəsdçi keçmiş prezidenti qoruyan Məxfi Xidmətin əməkdaşları tərəfindən öldürülüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”