15 iyul 2024 01:10
399

Türkiyə gömrükçüləri 276 kq narkotik maddə müsadirə edib

Türkiyənin Ticarət Nazirliyi Gömrük Mühafizə qrupları Gürbulak Gömrük Qapısında 186 kiloqramı heroin, 90 kiloqramı metamfetamin olmaqla 276 kiloqram narkotik vasitə ələ keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürbulak Gömrük Qapısında narkotik əməliyyatı ilə bağlı nazirliyin sosial media hesabında paylaşım edilib.

"Gürbulak Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi qrupları tərəfindən aparılan narkotik risk analizi və hədəfləmə işləri çərçivəsində Türkiyəyə daxil olmaq üçün gələn yük maşınına qarşı həyata keçirilən əməliyyat nəticəsində təxminən çəkisi 276 kiloqram (186 kiloqram heroin, 90 kiloqram metamfetamin) narkotik vasitə götürülüb” – məlumatda bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”