12 iyul 2024 02:21
583

Futbol oynamaq üçün dünyada 10 inanılmaz məkan

Dünyanın ən gözəl futbol stadionları, sadece idmanın deyil, həmçinin memarlığın və hayran olunacaq binaların da əsas nümunəsidir.

Henningsvaer, Norveç

Norveçin şimalında, təbiətdəki bənzərsiz yeri ilə diqqət çəkən, cəmi 2 min insanın yaşadığı balıqçı kəndi Henningsvaer, dünyanın ən gözəl futbol meydançalarından birinə ev sahibliyi edir. Henningsvaer, Norveçin Nordland bölgəsindəki Vaqan bələdiyyəsində balıqçılıq qəsəbəsidir və Lofoten arxipelaqının ən məşhurlarından biridir. Bundan əlavə, Henningsvaer UEFA-nın "Biz güclü oynayırıq" sənədli filminin mövzusu olub. Bu sənədli film kəndin futbol meydançasını və bu unikal mühitdə futbolun necə oynandığını göstərir. Sənədli film sayəsində Henningsvaer futbol həvəskarları və təbiətsevərlər arasında daha çox tanınıb.

“Nuuk” Stadionu, Qrenlandiya

Qrenlandiyanın Tasilak şəhəri xoş və mülayim görsənə bilər. Lakin sanki şəkillərdə əks olunan mənzərənin arxasında bir qaranlıq sirr var. Sözün əsl mənasında qaranlıq: qışda burada cəmi üç saat gün olur. Soyuq aylarda, dağlardan əsən buz kimi kimi küləklər saniyədə 83 metrədək əsə və temperatur mənfi 12 dərəcəyə qədər düşə bilər. Heyranedici səslənsə də, özünlə termopaltar götürməyi unutma.

Castelmezzano, İtaliya

İtaliyanın Bazilikata bölgəsinin Potenza əyalətində yerləşən Castelmezzano sıldırım qayalıqlar üzərində tikilmiş unikal kənddir. 2017-ci ildə “İtaliyanın ən gözəl 19 kəndi” siyahısına daxil edilən Castelmezzano, vulkan kraterlərinin mənzərəsi ilə valeh edən dağların ətəyində yerləşən futbol meydançası ilə də diqqət çəkir.

Trogir, Xorvatiya

Trogir, Xorvatiya'nın Dalmaçya bölgəsindəki tarixi bir şəhərdir. Bu şəhər, Adriatik dənizinin sahilində, Split şəhərindən yaxlaşık 25 kilometr uzaqda yerləşir. Trogir, UNESCO Dünya Mirası Siyahısında yer alan tarixi binaları, dar küçələri və Orta əsrə aid memarisi ilə tanınır. Şəhər turistlər üçün məşhur bir məkan olub, tarix və mədəniyyət məşğul olanlar üçün kəşf edilməyə layiq bir yerdir. Burada Camerlengo və St. Marko Towers arasında yerləşən, mükəmməl mənzərəsi ilə diqqət çəkən futbol meydançası var.

Moskva, Rusiya

Özünüzü dünyadan tamamilə təcrid olunmuş hiss edəcəksiniz. Moskvada meşəlik ərazinin ortasında tikilmiş bu gözqamaşdırıcı futbol meydançasında oksigenlə doyacaqsınız.

Venesiya, İtaliya

Venesiyada Curva Sud stendində oturub arxa fonda Venesiya laqununun təkrarolunmaz gözəlliyi ilə matça baxmaq... 1910-cu ildə tikilmiş bu obyekt İtaliyanın 11500 nəfər tutumlu ikinci ən qədim futbol meydançasıdır.

Rio-de-Janeyro, Braziliya

Rio-de-Janeyrodakı bu futbol meydançası dünyanın ilk oyunçu ilə işləyən meydançasıdır. Oyunçuların hərəkətlərindən kinetik enerji istehsal edən və bu enerjini gecə işıqlandırması üçün istifadə edən bu sahə süni ot döşəmənin altına yerləşdirilən 200 enerji yığan lövhə ilə təchiz edilib. Bu lövhələr oyunçuların hərəkətlərini enerjiyə çevirir və meydanı işıqlandırır. Bu yenilikçi və ekoloji cəhətdən təmiz yanaşma idman və texnologiyanı birləşdirərək futbol sahəsinin enerji ehtiyaclarını ödəyir. Rio-de-Janeyronun bu unikal futbol meydançası öz gözəlliyi ilə göz qamaşdırır.

Qeqertarsuaq, Qrenlandiya

Qrenlandiyanın qərb sahilindəki Qeqertarsuaq və ya Godhavn Dan (Disko adası) buzlar diyarının ən gözəl futbol meydançalarından birinə ev sahibliyi edir.  

Eidi Stadionu, Farer adaları

Hər iki tərəfdən okean suları ilə əhatə olunan Farer adalarının milli stadionu, tamaşaçılar üçün cəlbedici olmasa da, xüsusi soyuq gözəlliyi ilə fərqlənir. Tutqun, tənha, soyuq, küləkli – öz zövqünə uyğun epiteti seç. Və zərbəniz də dəqiq olmadıqda, topu götürmək üçün futbol ayaqqabılarını hidrokostyuma dəyişməli olacaqsan. Bu stadionda tribunalar haqqında danışmağa ehtiyac yoxdur və tamaşaçılar üçün, demək olar ki, yer də yoxdur. Qısası, nəzərə alsaq ki, burada yalnız 600 nəfər yaşayır, hesab etmək olar ki, onlar üçün bu problem deyil.

Ko Panyi, Tayland

Taylandda, Ko Panyidə su üzərində üzən bu futbol sahəsi, yerli sakinlər üçün bir tapıntı olmuşdu. Belə ki, o zamana qədər onların futbol oynamağa yerləri yox idi. İlk əvvəl bu sahə üzərində mismar olan lövhəni xatırladırdı. İndi isə, yerli sakinlərin öz bacarıqlarını təkmilləşdirəcək öz sahələri var. Bəs topun suya düşməməsi üçün onlar nə edir? Qartal dəqiqliyi və mükəmməl ayaq hərəkətləri! Məhz buna görə də, “Panyi” FK gənc Tayland komandaları arasında ən uğurlu gənc komandalardan biri olmuşdur.

Nigar Orucova, “İki sahil”