11 iyul 2024 15:18
540

İlon Mask: Bəşəriyyəti gələcəkdə süni intellekt idarə edəcək

Amerikalı milyarder, “SpaceX” kompaniyasının baş direktoru İlon Maskın fikrincə, bəşəriyyətin gələcəyini kompüterlər müəyyənləşdirir və bu, belə də davam edəcək.

“İki sahil” xəbər verir ki, sahibkar bu barədə özünün sosial media hesabında yazıb.

“Kompüterlər gələcəyi idarə edəcək... onlar artıq bunu edirlər”, - deyə o bildirib.

Bir müddət öncə İlon Mask gələcəkdə robotların və süni intellektin insanları istənilən mal və xidmətlə təmin edə biləcəyini, əmək fəaliyyətinin isə insanların hobbisinə çevriləcəyini qeyd etmişdi.

Buna baxmayaraq, amerikalı sahibkar süni intellekt texnologiyalarının inkişafının bəşəriyyət üçün yaradacağı təhdidlər barədə dəfələrlə danışıb. O, həmçinin süni intellektə siyasət öyrədilməsinin təhlükələri barədə də xəbərdarlıq edib. İlon Maskın sözlərinə görə, belə süni intellekt tolerant görüntülər yaratmaq əvəzinə, ondan milyonlarla insanı öldürmək üçün istifadə edə bilər.