06 iyul 2024 21:36
403

Kanar adalarında qeyri-qanuni miqrasiyaya qarşı etiraz aksiyası keçirilib

Kanar adalarında qanunsuz miqrasiyaya qarşı etiraz aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiyada bir neçə yüz nəfər iştirak edib.

Aksiya iştirakçılarından biri AFP-nin muxbirinə deyib ki, Kanar adalarında vəziyyət dözülməzdir. Onun fikrincə, Kanar adalarının gələn miqrantları dəstəkləmək üçün imkanları yoxdur.

Bir neçə vəkil etirazların nifrət cinayəti kimi tanınmasını tələb edərək prokurorluğa müraciət etsə də onların tələbləri təmin edilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”