14 iyun 2026 18:41
112

Ermənistan MSK-sı 7 iyun parlament seçkilərinin nəticələrini təsdiqləyib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

“İki sahil”in Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hakim "Vətəndaş müqaviləsi" Partiyası 49,7456 % səslə liderlik edir.

Siyahıda "Güclü Ermənistan" 23,2710 % səslə ikinci, "Ermənistan Alyansı" isə 9,9231 %-lə üçüncü yerdə qərarlaşıb. "Çiçəklənən Ermənistan" Partiyası səslərin 3,9893 %-ni toplayıb, 4% həddini keçə bilməyib və parlamentdə təmsil olunmayacaq. Seçkilərdə iştirak 1 476 769 nəfər və ya 58,9 % təşkil edib.

Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası hökuməti təkbaşına formalaşdıracaq.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-i sayıldıqdan sonra "Vətəndaş müqaviləsi" Partiyası səslərin 49,83 %-ni toplayıb.