14 iyun 2026 18:50
97

Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 14-15 iyun tarixlərində Lüksemburqda işgüzar səfərdə olacaq.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, o, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının iclasına qatılacaq.

Qeyd olunur ki, iyunun 15-də Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın dəvəti ilə Mirzoyan Şuranın iclası çərçivəsindəki müzakirədə də iştirak edəcək.