03 iyul 2024 12:02
578

Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb.

“İki sahil” xəbər verir ki, Ali Məktəbdə təhsil alan 20 tələbə Pekində Çin Neft Universitetinin yay məktəbində iştirak edir. Tələbələrin xərcləri sözügedən universitet tərəfindən qarşılanır.

Xatırladaq ki, ötən il Çindən 20 tələbə BANM-in yay məktəbində iştirak etmişdi.

Bundan başqa, 2024/2025 tədris ilində Neft-qaz mühəndisliyi ixtisasından 6 tələbə Çexiyanın Ostrava Texniki Universiteti, eləcə də 1 tələbə Polşanın AGH Elm və Texnologiya Universitetində təhsilini davam etdirir.

Habelə Kimya mühəndisliyi ixtisasının 4 tələbəsi Türkiyənin İstanbul Texniki Universitetində və Neft və qaz texnologiyaları ixtisasının 2 magistr tələbəsi Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil almaq imkanı əldə edib.

Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.