Bakı Ali Neft Məktəbinin məzunları bilik səviyyələrinə görə xaricdə təhsil alan gənclərdən geri qalmır, hətta onlardan yüksəkdir.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində tələbələrlə görüşdə onların suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, müasir dövrdə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməsi, təşəbbüskarlığı və rəqabətqabiliyyətliliyi xüsusi əhəmiyyət daşıyır.
“Əminəm ki, bu zalda əyləşən gənclər arasından ölkəmiz üçün vacib rol oynayacaq kadrlar yetişəcək”, – deyə nazir vurğulayıb.