Alman Akademik Mübadilə Xidməti (DAAD) SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə Almaniyada təhsil və tədqiqat aparmaq üçün təqaüdləri təqdim edib. Onlar Ayşən Qurbanova, Rafiq Rafiqzadə, Fuad Tağıyev və Murad Şərifovdur.
“İki sahil” xəbər verir ki, Azərbaycan Texniki Universitetində (ATU) keçirilən tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann DAAD mübadilə xidmətinin ölkəmizlə dostluq əlaqələrinin qurulmasında böyük rol oynadığını bildirib.
Sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi regional ofisinin rəhbəri Gebhard Reul çıxışında təşkilatın tələbə və elm adamlarının beynəlxalq mübadiləsini dünyada təşviq etdiyini vurğulayıb.
Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təqaüdçülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda təqaüdü qazanan şəxslərə mükafat təqdim olunub.