Avropa İttifaqı indiki formada demokratik birlik deyil və Avropadakı sağ partiyaların yeni alyansının təmin etmək niyyətində olduğu dəyişikliklər tələb edir.
“İki sahil” xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban rəhbərlik etdiyi Fidesz - Macarıstan Vətəndaş Birliyi Partiyası ilə Avstriya Azadlıq Partiyası və Çexiya hərəkatı ANO (Narazı Vətəndaşların Fəaliyyəti) arasında əməkdaşlıq haqqında saziş bağladıqdan sonra Vyanada jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı xatırladıb ki, bu yaxınlarda Avropa Parlamentinə keçirilən seçkilərdə Aİ-nin 27 ölkəsindən 20-də Avropada dəyişiklikləri müdafiə edən vətənpərvər sağ partiyalar qalib gəlib. Orban deyib ki, qaydalara görə, seçkilərdə uğursuzluğa düçar olan milli hökumətlər Avropa xalqının qərarını nəzərə almalı və istefaya getməlidirlər: “Lakin Brüssel elitası buna müqavimət göstərir. Çünki Brüssel demokratik quruluş deyil”.
“Avropalıların istədiyi üç şey sülh, nizam-intizam və inkişafdır. Əksinə Brüsseldən müharibə, miqrasiya və durğunluq alırlar”, - deyən baş nazir əlavə edib: “Avropa iqtisadiyyatı böhran içindədir, Avropanın iqtisadi çəkisi azalır, qeyri-qanuni miqrasiya davam edir, qonşumuzda isə qarşısını ala bilmədiyimiz və başlayandan sonra təcrid edə bilmədiyimiz müharibə var. Ona görə də müharibənin kölgəsində yaşayırıq”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”