Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa qonşu Livanda sülh və sabitliyi təmin edə biləcək həll yolunun axtarışı üzərində işləyir.
“İki sahil” xəbər verir ki, Şaraa bu barədə BƏƏ-nin "Al Mashhad" telekanalına müsahibəsində bildirib.
"Biz Livan dövlətçiliyinin qorunub saxlanmasına zəmanət vermək üçün [Livanın radikal qruplaşması olan] "Hizbullah"la bağlı məsələni nizama salmağa çalışırıq. Əgər bu bütün tərəflər üçün faydalı olacaqsa, biz danışıqlar prosesinə hazır olduğumuzu bildiririk", - o vurğulayıb.
Suriya lideri qeyd edib ki, uzunmüddətli böhrandan çıxmaq üçün Livanın siyasi razılıq əldə etməyə kəskin ehtiyacı var, çünki ölkədəki vəziyyət qütbləşmənin daha da artmasına tab gətirmək iqtidarında deyil.
İsrail-Livan münaqişəsiƏhməd Əl ŞaraaHizbullah qruplaşması