22 iyun 2026 00:29
94

İsrail ordusu "İslam Cihadı" komandirinin və "HƏMAS" döyüşçüsünü zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin "İslam Cihadı" təşkilatının Xan Yunis Briqadasının Nuhba xüsusi bölməsinin komandirini və "HƏMAS" hərəkatının Nuhba xüsusi bölməsinin döyüşçüsünü öldürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubuna zərbə endirərək "İslam Cihadı"nın Xan Yunis Briqadasının Nuhba bölməsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafanı öldürüb. Başqa bir zərbədə isə "HƏMAS"ın Nuhba bölməsinin əməkdaşı Məhəmməd Usama Əbdül-Əziz də öldürülüb", - deyə məlumatda qeyd olunub.

Məlumata əsasən, "İslam Cihadı"nın Nuhba xüsusi təyinatlı dəstəsinin ləğv edilmiş komandiri 7 oktyabr 2023-cü ildə Nir Oz Kibbutzuna hücumda və bir israilli vətəndaşın qaçırılmasında iştirak edib.