30 iyun 2024 12:12
394

Yeni Kaledoniyada Milli Assambleyaya seçkilərin birinci turu pozulub

Fransanın Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin birinci turu Yeni Kaledoniyanın Uailou kommunasında seçki məntəqələrində pozulub.

“İki sahil” xəbər verir ki, “Outre-mer La Premiere” telekanalının məlumatına görə, naməlum şəxslər şəhər meriyasının girişini avtomobillə bağlayıb və onu yandırıblar.

Hadisə Avropa vaxtı ilə iyunun 30-a keçən gecə, Meriya binasında seçki məntəqələri açılmazdan əvvəl baş verib. Yanan avtomobillə yanaşı, naməlum şəxslər girişdə ağır beton blok və ağac budaqlarını qoyublar. Nəticədə nə seçicilər, nə də bələdiyyə sədri binaya daxil ola bilmədiyi üçün səsvermə pozulub.

Xatırladaq ki, iyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir. Milli Assambleyada 577 yer uğrunda əsas mübarizə yeni çağırışda nisbi çoxluq (36%) proqnozlaşdıran sağçı Milli Mitinq və solçu Yeni Xalq Cəbhəsi arasında gedirdi. O, mandatların təxminən 30%-nə iddia edir. Prezidentin İntibah Partiyasının daxil olduğu “Respublika Naminə Birgə” mərkəzçi koalisiyası sağ və sol müxalifətə mövqelərini ciddi şəkildə itirərək təxminən 20% səslə üçüncü ən böyük fraksiyaya çevrilə bilər.

Qeyd edək ki, Makron Avropa Parlamentinə seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Müxalif sağçı Milli Mitinq partiyası 31 faizdən çox səs toplayıb, prezident partiyası isə 14,6 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”