28 iyun 2024 18:30
559

İranda səsvermənin vaxtı daha iki saat uzadılıb

İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.