29 iyun 2024 08:19
487

Yay tətilində uşağınızın şəxsi inkişafına kömək edəcək 9 məsləhət

Mütəxəssis Kliniki Psixoloq Fulda Karaçiçek tətil günlərində belə uşaqların bilik öyrənmə periodunun davam etdiyini və bu baxımdan valideynlərin üzərinə çox mühüm vəzifələr düşdüyünü bildirib.

Bəs tətil günlərində ailələr uşaqları ilə hansı fəaliyyətlərə yönələ bilərlər?

Tətil günlərində yaşanan uğurlu təcrübələrin uşaqlara çalışqanlıq, yetərlilik və hakimiyyət duyğusu qazandırarkən, eyni zamanda, özünəinamlarını da artırdığını deyən Fulda Karaçiçek, uzun yay tətilini uşaqların inkişaflarına töhfə verəcək xoş bir prosesə çevirməyin yollarını izah etdi. Psixoloq, uşağın şəxsi inkişafına töhfə verəcək 9 tövsiyəni bu şəkildə sıraladı:

Planlarınıza onu da daxil edin

Uşaqlarla danışaraq fikirlərini almaq və onları qurduğunuz planlara daxil etmək, özlərini daha dəyərli hiss etmələrinə imkan yaradacq. Tətil proseslərini övladınızla birlikdə planlaşdırmaq isə həm onların bu vəziyyətə daha asan uyğunlaşmalarını təmin edər, həm də qərar vermə bacarıqlarını inkişaf etdirər.

Yay düşərgəsinə göndərin

Yay düşərgələrində ənənəvi tədris proqramları tətbiq edilmir. Buna görə də, uşaqlar məktəbdən sonra belə bir fəaliyyət mühitindən zövq alacaqlar. Burada uşaqlar istehsalatda iştirak edərək yeni biliklər əldə edəcəklər və eyni zamanda, bir çox sosial fəaliyyətlər qazanacaqlar.

Köməkləşməyə təşviq edin

Uşağınıza kömək etməyi və paylaşmağı öyrətməyin müxtəlif yollarını tapmaq onu bu mövzuda motivasiya edəcəkdir. Bunun üçün ona cib xərcliyinin bir hissəsi ilə sahibsiz heyvanlara yemək almağı, bazardan evə qayıdan yaşlı tanışın ərzaq salafan paketini daşımağı və ya məsələn, öz atışdırmalarını dostları ilə bölüşməyi təklif edə bilərsiniz.

Birlikdə vaxt keçirin

Hekayələr oxumaq və birlikdə filmlərə baxmaq fərdlər arasında paylaşmanı gücləndirən ən məhsuldar vaxtlardan biridir. Uşağınızla hekayələrdə və ya filmlərdə qəhrəmanların yaşadıqları hadisələrə reaksiyaları və hissləri haqqında danışmaq çox əyləncəli öyrənmə metodudur.

Oyun oynamağa təşviq edin

Uşaqlar oyunlar vasitəsilə həyatı kəşf edərkən öz problemlərini də oyunlar vasitəsilə ifadə edirlər. Ona görə də istirahət zamanı uşaqlarınızla birlikdə çoxlu oyunlar oynayın. Bundan əlavə, onların həmyaşıdları ilə oynaya biləcəyi mühitlər yaradın və onlara emosiyalarının ifadəsini asanlaşdıracaq xəmir və müxtəlif boyaya bənzər materiallar əldə etməyə imkan verin.

Yeni dostlar qazanmaqda maneə olmayın

Tətil zamanı qurulan dostluqlar uşaqların əlaqəyə ehtiyaclarını və emosional təhlükəsizliyini təmin edir, onların sosial təcrid meyllərini azaldır. Sosial və emosional inkişafı ilə yanaşı, problemlərin öhdəsindən gəlmək qabiliyyətlərini inkişaf etdirir, özünə hörmətini artırır.

Onlara məsuliyyət verin

Ev işləri barədə uşaqlarınızla danışın və onlara tapşırıqlar verin. Məsələn, otağının nizam-intizamına və təmizliyinə cavabdeh olun. Yaxud da birlikdə bazara gedin və ondan alış-veriş siyahısını yoxlamasını xahiş edin. Uşağınız bunları edərkən, onun atdığı hər bir müsbət addımı qiymətləndirməyi unutmayın.

İdmana vaxt ayırın

Məktəbdə keçirilən idman tədbirləri uşaqlara həyatın çətinlikləri ilə bağlı simvolik mənalar yaratmağa kömək edir, həm də streslə mübarizə aparmağı asanlaşdırır. Buna görə də onlara yay tətilində idmanla məşğul olma imkanı verin ki, davamlılıq yaransın.

Mədəni tədbirlərdə iştirak edin

Ölkənin demək olar ki, hər yerində çoxlu tarixi yerlər və eksponatlar var. Bunu bir fürsət kimi qəbul edin və övladınızla birlikdə sizə hər hansı bir tarixi məkanı ziyarət edin. Onun yaşına uyğun bir sərgi və ya sənət tədbiri tapın, birlikdə gəzin və onun fikirlərini müzakirə edin. Uşaqlar bu cür tədbirlərdə iştirak edərək həm sosial, həm də intellektual inkişaf edə bilərlər.

Nigar Orucova, “İki sahil”