Rusiya hökuməti diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq da daxil olmaqla, Qərbin hərəkətlərinə cavab vermək üçün bütün variantları nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, bu cür təcrübə qeyri-dost və hətta düşmənçilik hərəkətləri ilə üzləşən ölkələr üçün standartdır.
“Lakin bu məsələ ilə bağlı hələ heç bir qərar verilməyib”, - Peskov aydınlıq gətirib.
Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Qərblə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq imkanını nəzərdən keçirir.