22 iyun 2026 09:34
108

De la Esprielya qalib gəlir

İfrat sağçı milyonçu və hüquqşünas Abelardo de la Esprielya Kolumbiyada keçirilən prezident seçkilərinin ikinci turunda sol qüvvələrin "Tarixi Pakt" koalisiyasının nümayəndəsi, senator və hazırkı prezidentin tərəfdarı olan İvan Sepedaya qalib gəlir.

“İki sahil” xəbər verir ki, səslərin 99,99 %-nin sayılmasının ilkin nəticələrinə görə, De la Esprielya 12,96 milyon və ya 49,66 % səs toplayıb.

Bu isə 12,7 milyon seçicinin (48,7 %) etimadını qazanan Sepedadan 250 830 səs çoxdur. 1,6 % bülleten isə boş olub.

Dünya mediası ötən seçkiləri "ölkə tarixinin ən gərgin və qütbləşmiş seçkilərindən biri" adlandırır.

Yekun nəticələr seçki orqanlarının seçki məntəqələrindən gələn rəsmi protokolları yoxladığı daha yavaş və hüquqi cəhətdən məcburi sayım prosesində təsdiqlənməlidir.

Birinci turda De la Esprielya 44 %, Sepeda isə 41 % səs toplayıb.